Formula 1 sürücüsü Oscar Piastri, “Maklaren” komandası üçün çıxış edərək, Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə törətdiyi qayda pozuntusuna görə stüardlar tərəfindən xəbərdarlıqla kifayətlənilib.
90deqiqe.Az-ın məlumatına görə, buna səbəb avstraliyalı pilotçunun sarı bayraqların tətbiq olunduğu sektorda sürətini azaltmaması olub.
Sürücü sarı bayraqların göründüyü zaman marşal postunu artıq keçmişdi və yaşıl bayraqlar görünsə də, ilk postdan keçərkən sürətini azaltmayıb.
Hadisənin bütün məqamları nəzərdən keçirildikdən sonra stüardlar yalnız xəbərdarlıq vermək qərarına gəlib. Bu, 24 yaşlı pilotçu üçün cari mövsümdə ilk rəsmi xəbərdarlıqdır.
Qeyd edək ki, Oscar Piastri hazırda dünya çempionatının lideridir.