“Alpin”in icraçı müşaviri Flavio Briatore 2026-cı il mövsümü üçün komandanın sürücü heyətini seçməkdə olduğunu açıqlayıb. Hazırda seçim iki namizəd arasında gedir: hazırkı pilot Franco Kolapinto və komandanın ehtiyat sürücüsü Paul Aron.
90deqiqe.Az xəbər verir ki, "The Race" Flavionun dediklərini belə çatdırıb.
“Seçim Franco və Paul arasında gedir. Paul çox yaxşı və sürətli sürücüdür. Komanda üçün nə daha yaxşıdır, bunu anlamalıyam.
İdarəetmə məsələlərində indi heç kim mənim üçün maraqlı deyil. Əvvəllər insanlar şikayətlər ilə məni əsəbiləşdirirdi, çünki start ızgarasında pilotların yarısı ilə işləyirdim. İndi isə heç kimlə menecer kimi çalışmıram.
Mənim üçün fərqi yoxdur. Yeganə məqsədim komandaya ən yaxşı sürücünü gətirməkdir, o, komandamızla ən yaxşı şəkildə işləyə bilsin. Sadədir. Hələ bir-iki yarışı izləməliyəm, amma açığı, bu gün kimə sükanı verəcəyimizi hələ bilmirəm.”