AZ

Marneulidə azərbaycanlı gürcü dilini bilmədiyinə görə şillələnib, qarşıdurma yaranıb

Gürcüstanın Marneuli şəhərində İmran adlı azərbaycanlı (soyadı dəqiqləşdirilir-red) gürcü dilini bilmədiyi üçün şillələnib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə "Melody" şirniyyat mağazasında baş verib. Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani mağazada satıcıdan gürcü dilində danışmağı tələb edib. Lakin azərbaycanlı gürcü dilini bilmədiyinə görə Mamuka Qiqani ona şillə vurub. Bu zaman ətrafdakılarla onun arasında qarşıdurma yaşanıb. Mamuka Qiqani polis bölməsinə aparılıb. Məlumata görə, azərbaycanlı 3 gündür, orada işləyir.

Seçilən
3
4
avtosfer.az

8Mənbələr