AZ

“Derbi gərgin olacaq, amma...”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya çempionatının IV turunda keçiriləcək “Latsio” ilə matç barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" təcrübəli çalışdırıcının fikirlərini belə çatdırıb:

“Düşünürəm ki, bu gərgin və mübariz bir derbi olacaq, hər kəs əlimizdən gələni edəcək. Amma son derbilərlə müqayisədə oyundan əvvəl və sonra tribunalar daha sakit olacaq. Kiçik gərginliklər ola bilər, amma zorakılığa yol verməməliyik. Bu, futbolu öldürür”

Hazırda “Roma” 6 xalla turnir cədvəlində 6-cı pillədədir, “Latsio” isə 3 xalla 12-ci yerdə qərarlaşıb. Qarşılaşma 21 sentyabrda baş tutacaq.

Seçilən
7
90deqiqe.az

1Mənbələr