“Vulverhempton” hücum xəttinin lideri Jorgen Strand Larseni ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mərkəz hücumçusu ilə bağlanan müqavilə 2030-cu ilə qədər etibarlıdır və bir illik uzatma opsiyası da mövcuddur.
Ötən mövsümdə Norveç millisinin üzvü bütün turnirlərdə 38 oyunda iştirak edərək 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
Hazırda İngiltərə çempionatının dörd turundan sonra “Vulverhempton” cədvəldə heç bir xal toplaya bilməyərək sonuncu yerdədir.