Polşa sentyabrın 20-də Belarus sərhədini açmağa başlayacaq, ilk olaraq dəmir yolu əlaqəsi bərpa olunacaq.
Belarus Radiosunun məlumatına görə, sərhəd sentyabrın 20-də qatarlara, sentyabrın 22-də isə bütün digər yerüstü nəqliyyat vasitələrinə açılacaq.
Sentyabrın 9-da Polşanın baş naziri Donald Tusk “Zapad-2025” Belarus-Rusiya hərbi təlimlərinin başlaması ilə əlaqədar sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədin bağlandığını elan edib. Bu tədbir həm sərnişinlər, həm də yük maşınları və dəmir yolu nəqliyyatı üçün həm girişə, həm də çıxışa şamil edilir və sonrakı xəbərdarlıq edilənə qədər qüvvədə olacaq. Belarus Xarici İşlər Nazirliyi Varşavanın qərarını əsassız və antimilli adlandırıb. Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi Polşanı Belarusla sərhədin bağlanmasının nəticələrini düşünməyə və qərarını mümkün qədər tez nəzərdən keçirməyə çağırıb.