ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın sürücü özünü avtomobildən atıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Kalininqrad şəhərində baş verən hadisənin görüntüləri videoregistrator tərəfindən qeydə alınıb.
Belə ki, şəhər sakin olan 30 yaşlı qadın idarə etdiyi “Peugeot” markalı minik avtomobilndə nasazlıq yaranıb və o, özünü hərəkətdə olan nəqliyyat vasitəsindən yola atıb. Nəzarətsiz qalan maşın dəmir məhəccərə çırpılaraq dayanıb. Nəticədə qadın xəsarətlər alıb.
Hazırda polis qəzanın dəqiq səbəblərini araşdırır.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.