"Ukrayna ərazi məsələsində reallığı qəbul etməlidir".
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində bildirib .
"Gəlin realist olaq. Donetsk 65%,Luqansk 98% işğal olunub. Biz reallığı qəbul etməliyik. De-fakto de-yure demək deyil. Gəlin tarixə qayıdaq. Baltikyanı ölkələr faktiki olaraq SSRİ-nin bir hissəsi olsalar da, Sovet İttifaqının nəzarətini heç vaxt tanımamışıq. Bu, Velles Doktrinası tərəfindən də təsdiqlənib".