AZ

“Hər dəfə belə etmək olmaz” – “Ayılmaq” mesajını verdi

“Çempionat uzun marafondur.

Qarşıda çox oyunlar olacaq və rəqiblər də bizim kimi xallar itirəcəklər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın futbolçusu Abdulax Xaybulayev deyib.

Azərbaycan millisinə də cəlb olunan yarımmüdafiəçinin şərəfini qoruduğu komanda cari mövsümə istədiyi kimi başlamayıb.

Masazır təmsilçisinin “Qarabağ”la görüşü təxirə salınıb, digər 3 qarşılaşmanın 1-də qələbə qazanıb, 1-də heç-heçəyə razılaşıb, digərində məğlub olub.

“Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt” kimi rəqiblərin qələbələri sıraladığı halda “Sabah”ın büdrəməsi acı sonluğa səbəb ola bilər.

Xaybulayev üzləşdikləri durumla bağlı komandası üçün həyəcan təbili çalıb:

“Startda yığılan xallar çox vacibdir.İ ndidən qələbələr qazanmalıyıq ki, sona yaxın kimdənsə asılı vəziyyətə düşməyək.

Fikir verirsinizsə, son 2-3 mövsümdə belə olur. Startda yaxşı başlamırıq, sonradan vəziyyəti düzəldirik. Ancaq hər dəfə belə etmək olmaz. Bundan nəticə çıxarmalıyıq”.

HƏBİB

Seçilən
89
sportinfo.az

1Mənbələr