AZ

Tramp bu tarixdə Ərdoğanla görüşəcək

ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb.O, bu barədə “Truth Social” hesabında məlumat verib.
 

"Türkiyə prezidentini sentyabrın 25-də Ağ Evdə qəbul etməkdən məmnunam. Biz prezidentlə bir çox ticarət və müdafiə müqavilələri üzərində işləyirik, o cümlədən böyük Boeing təyyarəsi alqı-satqısı, F-16 sövdələşməsi və müsbət nəticə gözlədiyimiz F-35 ilə bağlı danışıqları davam etdiririk", - Tramp yazıb.

O, bildirib ki, görüş ABŞ və Türkiyə arasında ikitərəfli əlaqələrin, xüsusilə də müdafiə müqavilələri sahəsində əlaqələrin inkişafında mühüm addım olacaq.

Seçilən
10
anews.az

1Mənbələr