AZ

Şamaxı Astrofizika Rəsədxanasının təmiri dayandırıldı – SƏBƏB

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ərazisində 10 kotec və onların avadanlıqlarının cari təmiri ilə bağlı elan etdiyi satınalma müsabiqəsi ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 34 min 705,63 manat olaraq göstərilmişdi.

Ləğv qərarına səbəb, müsabiqədə iştirak etmək üçün müraciət edən təchizatçıların sayının qanunvericilikdə nəzərdə tutulandan az olmasıdır. Qanuna görə, təklif və təminat təqdim edən, həmçinin müvafiq lisenziyaya malik ən azı üç şirkət iştirak etməlidir. Bu şərt yerinə yetirilmədiyi üçün kotirovka sorğusu baş tutmayıb.

Beləliklə, Şamaxı Astrofizika Rəsədxanasının cari təmir işlərinin satın alınması ilə bağlı müsabiqə təxirə salınıb.

Seçilən
1
nocomment.az

1Mənbələr