AZ

Ramzan Kadırovun oğlu daha bir medalla təltif edildi

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov (Xüsusi Təyinatlı Mobil Dəstə) “Axmat-Krepost” OMON - 25” yubiley medalı alıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Qroznıda “Axmat-Krepost” OMON bölməsinin yaradılmasının 25 illiyi şərəfinə təntənəli parad keçirilib.

“Tədbir zamanı Abdul-Kərim Kadırov “Axmat-Krepost” OMON - 25” yubiley medallarını Adam Kadırov, Abuzaid Vismuradov, Şarip Delimxanov və Aslan İrasxanova təqdim edib”, - deyə Çeçenistan rəhbəri qeyd edib.

Bundan əlavə, “Axmat-Krepost” OMON döyüşçüləri fəxri fərmanlar, medallar, o cümlədən 2-ci dərəcəli “Xidmətdə fərqlənməyə görə” və “Döyüş əməliyyatlarının iştirakçısı” döş nişanları ilə təltif ediliblər.//Yeniavaz.com

Xəbər 4 dəfə oxunub.
Seçilən
13
2
xezernews.az

3Mənbələr