"Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 5-ci turunda "Zirə" ilə keçirilən və 0:1 hesabı ilə məğlub olduqları matçı dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, oyun sonrası mətbuat konfransında belə danışıb:
"Bu məğlubiyyət bizim üçün ağır oldu. "Zirə"nin öz meydanında güclü oynadığı hamıya məlumdur. Onlar turnirdə iddialı komandalardan biridir. Futbolçularımız bu gün əllərindən gələni etdilər, amma son anlarda diqqəti saxlaya bilmədik. Bu, yorğunluqla bağlı idi, çünki qısa müddətdə iki çətin oyun keçirdik. "Karvan"a qarşı da ciddi mübarizə aparmışdıq. Andrey Tirkoveanunun zədələnməsi planlarımızı daha da çətinləşdirdi.
Matçın sonunda iki qol buraxdıq. "Zirə"nin təzyiqi gözlənilən idi. Əgər daha inamlı oynasaydıq və ya əvvəlki fürsətlərdən birini qola çevirə bilsəydik, nəticə fərqli ola bilərdi. Amma hər şey bitməyib, mübarizəmiz davam edir. Belə çətin oyunlar çox olacaq. Xüsusilə gənc oyunçularımız bu cür matçlarda daha səbrli və möhkəm olmalıdır. İndi diqqətimizi növbəti qarşılaşmaya yönəldəcəyik."