AZ

Ucarda yol-nəqliyyat hadisəsi baş verib

Ucarda eyni ərazidə eyni vaxtda 2 yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.

Birinci qəzada Bakı istiqamətində hərəkətdə olan traktorla yük avtomobili toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetmədən çıxan yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.

Adıçəkilən ərazidə baş verən digər qəzada isə iritonnajlı yük avtomobili ilə "Vito" markalı sərnişin avtomobili toqquşub.

Birinci qəzada müxtəlif xəsarətlər alan 2 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

"Cebheinfo.az"

Seçilən
12
10
cebheinfo.az

10Mənbələr