ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1-ci Liqanın 2-ci turunda "Şahdağ Qusar"ı 3:2 hesabı ilə məğlub edən "Baku Sportinq"in məşqçisi Royal Nəcəfov Şamaxıda baş tutan oyunu dəyərləndirib.
Fanat.Az-a açıqlama verən mütəxəssis belə danışıb:
"Matçın çətin olacağını əvvəldən bilirdik. Ümumi gedişata baxsaq, təxmin etdiyimiz kimi oldu. Oyuna istədiyimiz kimi başladıq və bunun da nəticəsində ard-arda qollar vurduq. 35-ci dəqiqədə artıq 3:0 öndəydik.
45-ci dəqiqədə qol buraxdıq. Hissənin sonlarında qol buraxan komandada adətən ruh düşkünlüyü yaranır. Rəqib isə əksinə, ümidlənir. Həmin qol rəqibə psixoloji planda oyunda qalmaq şansı verdi. İkinci hissədə komandamızda gərginlik hiss olunurdu. Uşaqların daha çox qələbə hesabını qorumaq istədikləri sezilirdi.
İkinci hissə birincidən daha çətin keçdi. Rəqib ikinci qolu vurandan sonra oyun daha da ağırlaşdı. Uşaqlar hər şeyə rəğmən hesabı qoruya bildilər və 3 xal qazandıq. Qələbəyə görə uşaqlara təşəkkür edirəm. Nəbi ötən ay zədələnmişdi. Bu qələbəni ona həsr edirik".
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.