AZ

Azərbaycanla İranın nəqliyyat sahəsində əməkdaşlığının genişlənməsi müşahidə olunur Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Növbəti həftə Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək. İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmoəzzen bildirib ki, Ərdəbil–Bakı dəmir yolu vilayətin kənd təsərrüfatı məhsullarının ixracını asanlaşdıracaq, Rusiyaya çıxışı sürətləndirəcək, nəqliyyat xərclərini azaldacaq, yeni iqtisadi imkanlar yaradacaq və beynəlxalq əməkdaşlığı gücləndirəcək.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini yaxından dəstəkləyən ölkələrdən biridir:

"Bu baxımdan, Şimal-Cənub dəhlizi şimaldan cənuba qədər uzanan mühüm bir nəqliyyat marşrutudur. Rusiya ərazisindən başlayaraq Azərbaycan vasitəsilə İran üzərindən Hindistana qədər uzanır. Bu kontekstdə Azərbaycan və İran arasında həm dəmir yolu sahəsində, həmçinin ümumilikdə nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq qurulub".

Millət vəkili qeyd etdi ki, Azərbaycan, səmimi münasibət qurmaq və qarşılıqlı əməkdaşlıqda maraqlı olan ölkələrlə əməkdaşlığa açıqdır:

"Məhz buna görə, Azərbaycan-İran əlaqələrində iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığının genişlənməsi müşahidə olunur. Eyni zamanda, region üzərindən yükdaşımaların artması, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daha çox yükün daşınmasına imkan yaradır. Beləliklə, İranla nəqliyyat sahəsində əməkdaşlıq həm Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına, həm də bütövlükdə Şimal-Cənub nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişlənməsinə xidmət edir", - deyə Vüqar Bayramov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
redaktor.az

3Mənbələr