AZ

“Mançester Siti" ilə oyunda əsas hədəf qalib gəlməkdir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının V turunda “Mançester Siti” ilə keçiriləcək qarşılaşma barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "BBC" çalışdırıcının fikirlərini belə çatdırıb:

“Əsas məqsəd yenidən qalib gəlmək və stabilliyi bərpa etməkdir. Biz dünyanın ən yaxşı komandalarından biri ilə üz-üzə gəlirik. Bu həm də öz səviyyəmizi yoxlamaq üçün yaxşı bir sınaqdır”

Hazırda “kanonirlər” APL cədvəlində 9 xalla ikinci yerdə qərarlaşıb, “şəhərlilər” isə 6 xalla səkkizinci pillədədir. Oyun bazar günü saat 19:30-da start götürəcək.

Seçilən
3
90deqiqe.az

1Mənbələr