AZ

Ukraynanın ilk hərbi ombudsmanı təyin edildi

Olqa Reşetilova Ukraynanın ilk hərbi ombudsmanı təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam xalqa müraciətində deyib.

O bildirib ki, Reşetilova prezidentin hərbi qulluqçuların və onların ailələrinin hüquqlarının müdafiəsi üzrə müvəkkili olacaq.

Dövlət başçısı hərbi ombudsman haqqında prezidentin qanun layihəsini bəyəndiklərinə görə parlament üzvlərinə təşəkkür edib.

Prezident əlavə edib ki, qurumun fəaliyyətə başlaması və onun sistemli işi hələ qarşıdadır.

"Bunun Ukrayna Müdafiə Qüvvələrində bütün səviyyələrdə hiss olunması vacibdir: biz ordunu gücləndirən işi görürük, həm də ordumuzdakı əsgərləri gücləndirən işləri görürük", - Zelenski qeyd edib.

Seçilən
4
1
axar.az

2Mənbələr