AZ

Klub direktoru “Cəbrayıl”ın məşqinə müdaxilə edir? – Şahin Məmmədovdan açıqlama

“Sportinfo” saytı 1-ci liqa təmsilçisi “Cəbrayıl”ın düşərgəsində yaşananlarla bağlı cəlbedici xəbər yayıb.

Nəşr iddia edir ki, yayda “sükan arxasına” gətirilən Bəxtiyar Soltanovun bütün köməkçiləri düşərgəni tərk edib. Buna səbəb son məşq prosesində yaşanan xoşagəlməz hadisədi. Klubun rəhbəri Şahin Məmmədov məşqin ardından meydana daxil olaraq, baş məşqçinin yardımçılarına etirazını bildirib. O, məşqin keçirilmədiyini, hücumçuların az çalışdığını söyləyib və əlavə tapşırıqlar verib. Məmmədovun onların işinə müdaxilə etməsindən narazı qalan məşqçilərin hamısı əşyalarını toplayaraq, kollektivlə sağollaşıb. Soltanov özü isə hadisəyə seyrçi qalıb və rəhbər şəxsə heç nə deməyib.

“Football-plus.az” bu məsələni dəqiqləşdirmək üçün Şahin Məmmədovla əlaqə saxlayıb:
“Düzgün söhbət deyil. Heç bir müdaxilə olmayıb. Yalan sözdü hamısı. Məşqçilər bir az şişirdirlər kimsə nəsə deyəndə. Nə müdaxilə ola bilər ki? Heç bir müdaxilə olmayıb. Bəxtiyar müəllim də öz işindədi, hər şey qaydasındadı. Gənc və yeni yığılmış komandayıq”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
12
1
football-plus.az

2Mənbələr