AZ

Zelenski ilk hərbi ombudsman təyin etdi

Prezident Vladimir Zelenski Hərbi Ombudsman Aparatının yaradılması haqqında fərman imzalayıb və Olqa Reşetilovanın ilk hərbi ombudsman təyin edilməsinə qərar verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna dövlət başçısının müvafiq sərəncamına istinadən məlumat yayıb.

Qeyd edək ki, Reşetilova bundan əvvəl Prezidentin hərbi qulluqçuların və onların ailələrinin hüquqlarının müdafiəsi üzrə müvəkkili vəzifəsində çalışıb.

"Parlamentarilərə mənim hərbi ombudsman haqqında qanun layihəmi qəbul etdiklərinə görə təşəkkür edirəm. Bu, həqiqətən də əsgərlərimizin hüquqlarının qorunması ilə bağlıdır. Qanun artıq imzalanıb və dərc olunub. Bu gün mən onun fəaliyyətə başlaması üçün fərman imzaladım - Hərbi Ombudsman Aparatının yaradılması haqqında fərman", - Zelenski qeyd edib.

Dövlət başçısı Hərbi Ombudsman Aparatı haqqında Əsasnaməni də təsdiq edib.

Qeyd olunur ki, hərbi ombudsman hərbi xidmətlə bağlı problemli məsələləri həll edəcək və şikayətlərə baxacaq, yoxlamalar barədə göstəriş verə və həll yollarını formalaşdıra bilər. Ombudsman hər il prezident və Ali Rada qarşısında hesabat verəcək.

QAZİLER.AZ

Seçilən
28
qaziler.az

1Mənbələr