“Əgər Moskva Ukraynanı işğal edərsə, növbəti hədəfi mütləq NATO ölkəsi olacaq”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq deyib.
O, həmçinin qeyd edib ki, Ukrayna indi itirdiyi əraziləri tanımalı olsa da, uzunmüddətli perspektivdə yenidən geri qaytara bilər.
Kelloq Putinin Rusiya imperasiyasını bərpa etmək istədiyinə inandığını bildirib.
“Putin mütləq Donetsk və Luqanskın bütün ərazilərini ələə keçirməyə çalışacaq. Növbəti hədəf ola biləcək ərazilər isə Xerson və Zaporojye bölgələridir”, – xüsusi elçi qeyd edib. /konkret.az/