AZ

Putin ingiliscə bilir? - Trampın nümayəndəsindən açıqlama

Rusiya prezidenti Vladimir Putinə qarşı yeganə effektiv vasitə güc və təzyiqdir.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq “The Telegraph”a müsahibəsində bildirib.

Kelloqun sözlərinə görə, Putin Qərbi başa düşmür və hətta ingiliscə bildiyini gizlədir:

“O, sanki Qərbi anlamır, amma bu sadəcə görüntüdür. Putin bir neçə dəfə ifşa olunub ki, ingiliscə danışır. Onu yalnız güc və təzyiq saxlaya bilər”.

Kelloq xəbərdarlıq edib ki, baş verənlər ona İkinci Dünya müharibəsi öncəsi Münhen sazişini xatırladır:

“1938-ci ildə Hitler yalnız Sudetləri istədiyini dedi, sonra Reyn vilayəti, Polşa və nəticədə dünya müharibəsi başladı. Ukraynada da eyni vəziyyət yaşanır və biz onu indi dayandırmalıyıq”.

O qeyd edib ki, Putin Donetsk və Luqanskı tam ələ keçirməyə çalışacaq, daha sonra Xerson və Zaporojyeyə keçid edə bilər:

“Amma bu proses addım-addım gedir və Rusiya böyük itkilər verir”.

ABŞ rəsmisi etiraf edib ki, Ukrayna faktiki olaraq Donbasın böyük hissəsini itirib:

“Donetsk 65%, Luqansk isə 98% işğal altındadır. Bu, de-fakto vəziyyətdir, amma de-yure tanınmır. ABŞ da SSRİ tərəfindən işğal edilən Baltik ölkələrini heç vaxt hüquqi olaraq tanımamışdı”.

Kelloq Tramp administrasiyasının Rusiyaya qarşı sərt sanksiyalardan çəkinməsini belə izah edib:

“Prezident Tramp diplomatiyaya bütün şansları verir. O, Putinə vaxt verir ki, danışıqlar masasına əyləşsin”.

Onun sözlərinə görə, Tramp bu prosesin uzanmasına görə qəzəblidir:

“Bağlı qapılar arxasında Tramp ictimaiyyətdə olduğundan daha sərt danışır”.

Seçilən
16
1
modern.az

10Mənbələr