AZ

Rövşən Məmmədov kassirləri işdən çıxardı

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov ölkənin bir çox rayonlarında bilet satışı ilə məşğul olan kassaları ləğv edib.

Gununsesi.info-nun xəbərinə görə, Bakı və Gəncə istisna olmaqla  bütün rayonların dəmir yol vağzallarında kassalar ləğvi ilə kassirlər işdən kənarlaşdırılıb.

Saytımıza müraciət edən kassirlər  bildirib oi, Dəmir Yolları rəhbərliyinin onların başqa işə keçirilməsini təmin etməyib.

Dəmir Yolları rəhbərliyi bu qərarını isə onunla əsaslandırıb ki, indi sərnişinlər bileti online alır.

Ancaq reallıqda isə Dəmir Yollarının internet səhifəsindən online bilet almaq olduqca çətin və bir çox hallarda mümkünsüz olur.

Sistemdə davamlı yaranan problemlər barədə dəfələrlə şikayətlər edilib.

Həmçinin, bölgələrdə kassaları ləğv edən qurum rəhbərliyi sərnişinlərin yaşlı olmasını və online bilet almaq imkanının olmadığını düşünməyib.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
icma.az

1Mənbələr