AZ

“Xiaomi” minlərlə elektrik avtomobilini geri çağırır


Çinin avtomobil istehsalçısı “Xiaomi” 116 800 elektrik avtomobilini geri çağıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Geri çağırılma 6 fevral 2024-cü il və 30 avqust 2025-ci il tarixləri arasında istehsal edilmiş SU7 elektrik sedanlarına aiddir. Bu avtomobillərdə sürücülərə yardım sistemlərində problemlər yaranıb ki, bu da kritik vəziyyətləri adekvat şəkildə aşkarlaya və sürücüləri xəbərdar etməyə bilər. Sürücü avtomobili idarə edə bilmirsə, toqquşma və qəza riski artır.
Seçilən
12
2
yeniavaz.com

4Mənbələr