AZ

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu günyunan-Roma güləşi üzrə daha 3 çəkidə mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tamüstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı AlişerQaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnəngüləşçimiz yarışdan çəkilib.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə(6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3)qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı AbdullaAliyevə şans tanımayıb – 5:0. Üçüncü dəfə dünya çempionatınınfinalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahimQanemlə üz-üzə gələcək.

Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1),1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan(5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb.Titullu rəqibinə “tuş”la qalib gələn Murad yarımfinala yüksəlib.Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1)məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Seçilən
10
14
az.trend.az

10Mənbələr