AZ

“İnter”in sabiq futbolçusu “Portu”da

Portuqaliyanın “Portu” klubu 27 yaşlı hücumçu Yan Karamonu heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  əvvəllər Milanın “İnter” və İtaliyanın “Torino” komandalarında çıxış edən futbolçu ilə bir illik müqavilə imzalanıb və sözləşmə 2026-cı ilin yayına qədər etibarlıdır.

Karamo yeni klubunda 75 nömrəli formanı geyinəcək.

Karyerası ərzində o, Fransanın “Kan”, “Bordo” və “Monpelye”, İtaliyanın “Parma”, “Torino” və “İnter”, həmçinin Türkiyənin “Fatih Karagümrük” komandalarında çıxış edib. Transfermarkt portalının məlumatına görə, Karamonun bazar dəyəri 1,8 milyon avrodur.

Futbolçu Fransa müxtəlif yaş qruplarından ibarət milli komandalarında da çıxış edib; U21 millisində iki oyun keçirmiş və bir qol vurmuşdur.

Seçilən
2
90deqiqe.az

1Mənbələr