Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv 39 yaşlı Manuel Noyer haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Bayern & Germany" nəşri təcrübəli mütəxəssisin fikirlərini belə çatdırıb:
“Manuel Noyer bəlkə də bütün dövrlərin ən yaxşı qapıçısıdır. O, qapıçı oyununu tamamilə yenidən şərh etdi və ona başqa bir məna qazandırdı. Artıq 15 ildir ki, ən yüksək səviyyədə çıxış edir. Bu gün ‘Bavariya’dakı oyununa baxanda, onun özünəinamı və xarizması ilə digər futbolçular arasında seçildiyini görmək mümkündür. Həm oyun keyfiyyətləri, həm də şəxsi xüsusiyyətlərinə görə fərqlənir”
Qeyd edək ki, Manuel Noyer Almaniya millisində 2009–2024-cü illərdə çıxış edib. Bu müddətdə 124 oyuna çıxıb, 118 qol buraxıb və 51 görüşdə qapısını toxunulmaz saxlayıb. Klub karyerasında isə o, 2011-ci ildən “Bavariya”da çıxış edir. Noyer peşəkar futbola isə yetirməsi olduğu “Şalke-04”də başlamışdı.