AZ

Bakıda bu yolla hərəkət edən avtobusların içinə su dolur - GÖRÜNTÜLƏR

Bakıda "Qara Qarayev" metro stansiyasının yaxınlığında yerləşən yollardan birində acınacaqlı vəziyyət hökm sürür.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Yavər Əliyev küçəsində hərəkət edən avtobuslar yaranmış gölməçəni keçərək hərəkət edirlər. Sakinlərin dediyinə əsasən, son iki gündür bu yolda hərəkət edən avtobuslar suyun basması səbəbindən gecikirlər və bəzən yolda qalırlar.

Sərnişinlər bildirirlər ki, avtobusların içərisinə su dolur, bu isə həm təhlükəsizlik, həm də onların rahatlığı baxımından ciddi problem yaradır.

Görüntüləri olduğu kimi təqdim edirik:

Seçilən
16
1
far.az

2Mənbələr