AZ

Ermənistan MTX-nın direktoru Bakıya gəldi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

 

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, Simonyanın göyərtəsində olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

 

Onun 19-21 sentyabr tarixləri arasında Bakıda olacağı bildirilir.

 

APA

Tarix: 19 Sentyabr 2025, 21:45   
Seçilən
28
11
pravda.az

10Mənbələr