AZ

"Zirə"nin baş məşqçisi: "Rəqabətə hazır olmalıyıq"

"Olduqca gərgin oyun oldu".

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 5-ci turu çərçivəsində doğma meydanda "Şamaxı"nı 2:1 məğlub etmiş "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Mövsümün əvvəli olmasına baxmayaraq hər matç bizim üçün çox dinamik, sürətli və gərgin şəraitdə keçib. Bu, bir daha çempionatımızın keyfiyyətinin artmasını göstərir. Təbii olaraq bizi sevindirir. Amma başa düşürük ki, rəqabətə hazır olmalıyıq. Hər matçda qələbə qazanmaq nə qədər çətindir", - Sadıqov qeyd edib.

Baş məşqçi çempionatın növbəti turunda qarşılaşacaqları "İmişli" klubu barədə də danışıb: "Növbəti tur "İmişli" ilə qarşılaşma var. Bir oyunda məğlub olublar, onda da 90+9-cu dəqiqədə qol buraxıblar. 4 oyundur ki, qol buraxmırlar. Bizi "İmişli" ilə matç çox qayğılandırır".

İdman.biz

Seçilən
9
1
idman.biz

2Mənbələr