Yazını böyüt
Yazını kiçilt
Misli Premyer Liqasında V tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. İlk olaraq meydana "Karvan-Yevlax" və İmişli" komandaları çıxıb. Şamaxı şəhər stadionunda keçirilən görüşdə İmişli təmsilçisi 3 cavabsız qolla qalib gəlib.
Günün ikinci matçında isə "Zirə" "Şamaxı"nı sınağa çəkib. Qarşılaşma Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticələrdən sonra “Zirə” 11 xalla turnir cədvəlinə başçılıq edir. “İmişli” 7 xalla 5-ci, “Şamaxı” 5 xalla 6-cı, “Karvan-Yevlax” isə 4 xalla 9-cu sırada qərarlaşıb.
Turun digər oyunları sentyabrın 20-21-də təşkil olunacaq.