AZ

18 yaşında şəhid olan Röyal Beydiyevin anası: Oğlumu yuxuda görəndən sonra ağlamadım

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baku TV antiterror əməliyyatında qəhrəmanlıq göstərərək şəhid olan Röyal Beydiyev barədə reportaj hazırlayıb.

Şəhidin anası Səxavət İbrahimova oğlu ilə fəxr etdiyini bildirib:

"Bir ana üçün övlad itkisi çox çətindir. Amma alnım açıqdır, üzüm ağdır. Mən onunla fəxr edirəm, qürurluyam. Həmişə də fəxr edəcəyəm ki, Röyal kimi bir oğulun anası olmuşam. 18 yaşı var idi, o gənc yaşında şərəfli ölümlə zirvəyə ucaldı".

Ana oğlunun ölümündən sonra yaşadığı hissləri də bölüşüb:

"Çox ağlayırdım. Gecə yuxuma girib dedi ki, "Ana, üşüyürəm, ayaqlarımı ört". Hamı deyirdi ki, çox ağladığıma görə onun yeri narahatdır. O gündən sonra özümü ələ aldım ki, oğlumun yeri narahat olmasın, cənnətində rahat yatsın".

Şəhidin atası Nəsib Beydiyev isə oğlunun arzularının yarımçıq qaldığını söyləyib:

"Oğlumun arzuları vardı. Deyirdi ki, əsgərliyi başa vurub pul qazanacaq, maşın alacaq. Mən də ona "Təki sağ-salamat qayıt, maşını özüm alaram" deyirdim".

Ətraflı süjetdə:

18 yaşında şəhid olan Röyal Beydiyevin anası: "Oğlumu yuxuda görəndən sonra ağlamadım"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
oxu.az

3Mənbələr