AZ

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Bir çoxları bananı meyvə hesab etsə də, əslində o, 10 metrə qədər hündürlüyə çatan çoxillik bitkilərdə yetişən yumuşaq giləmeyvədir.

Bizim.Media xəbər verir ki, tanınmış diyetoloq, tibb elmləri namizədi, Regional İctimai Sağlamlıq və Tibbi Profilaktika Mərkəzinin mütəxəssisi Yelena Bezprozvannaya bananla bağlı geniş yayılmış mifləri təkzib edərək, bu məhsulun sağlamlığa faydaları barədə "Gorsayt" nəşrinə danışıb.

Onun sözlərinə görə, bananlar yetkinliyə doğru 7 müxtəlif mərhələdən keçir: sərt yaşıl rəngdən tutmuş tünd ləkəli sarı meyvələrə qədər. Ən faydalı bananlar isə ya yaşıl uclu sarı, ya da tamamilə sarı olanlardır. Bu mərhələdə meyvələrdə rezistent nişasta və pektinlər olur ki, bu da qanda şəkərin səviyyəsinin kəskin dəyişməsinin qarşısını alır.

“Banan – əsl sağlamlıq xəzinəsidir,” – deyə diyetoloq vurğulayıb.

100 qram bananda təxminən 350 mq kalium olur ki, bu da ürək əzələsinin sağlamlığını dəstəkləyir. Diyetoloqun sözlərinə görə, gün ərzində 1–2 banan yemək ürək-damar xəstəlikləri riskini təxminən 25% azalda bilər.

Bananın digər faydalı komponentləri:

Maqnezium

Triptofan (orqanizmdə serotoninə çevrilir – "xoşbəxtlik hormonu")

B6 vitamini

Antioksidantlar

Bu maddələr qanda şəkəri tənzimləyir, əhvalı yaxşılaşdırır, yuxusuzluqla mübarizə aparır və hüceyrələrin qocalmasının qarşısını alır.

Diyetoloq həmçinin xəbərdarlıq edir ki, bananı soyuducuda saxlamaq onun bəzi faydalı xüsusiyyətlərini azalda bilər. Termiki işlənmə zamanı (məsələn, qurudulmuş və ya bişmiş halda) bananın kalori dəyəri xeyli artır, buna görə belə məhsulları az miqdarda istehlak etmək məsləhətdir.

Tövsiyə: Bananı günün ilk yarısında, yetkinləşmiş, lakin çox yetişməmiş halda (yəni üzərində qəhvəyi ləkələr olmayan) qəbul etmək daha faydalıdır.

Bizim.Media

Seçilən
21
1
bizim.media

2Mənbələr