ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 sentyabr, AZƏRTAC
“Azərkosmos” 76-cı Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil edəcək 52 nəfərlik milli elmi komanda ilə brifinq keçirib.
AZƏRTAC “Azərkosmos”un məlumatına istinadla xəbər verir ki, bu il gənc tədqiqatçı və tələbələrin hazırladığı 632 elmi məqalə ilə Azərbaycan ABŞ-dan sonra dünyada 2-ci yerdə qərarlaşıb. Bu da gənclərimizin, alimlərimizin və universitetlərimizin intellektual gücünün bariz sübutudur.
Azərbaycanlı tələbə və mütəxəssislərin bu nüfuzlu beynəlxalq tədbirdə iştirakı ölkəmizin kosmik, elmi və texnoloji sahələrdə mövqeyini daha da gücləndirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.