BMT Baş Assambleyası Mahmud Abbasın üzvlərə videomüraciətini təsdiqləyib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin Prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışını video vasitəsilə əvvəlcədən lentə alınmış bəyanatla söyləməsinə icazə verən qətnaməni təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ABŞ tərəfindən vizasını ləğv etdiyi Abbasın gələn həftə BMT Baş Assambleyasının 80-ci iclasında uzaqdan video çəkiliş vasitəsilə çıxış etməsinə icazə verilməsi üçün təqdim edilən qətnaməyə səs verib.
Səsvermədə 145 üzv Abbasın videoçəkiliş vasitəsilə görüşlərdə iştirakının lehinə, ABŞ başda olmaqla 5 üzv isə lehinə səs verib.
BMT Baş Assambleyasının altı üzvü səsvermədə bitərəf qalıb.
ABŞ administrasiyası bu yaxınlarda Baş Assambleyanın iclaslarında iştirakı gözlənilən Fələstin prezidenti Abbas da daxil olmaqla, Fələstin nümayəndə heyətinə ABŞ vizasının verilməməsinə qərar verib.
ABŞ Dövlət Departamenti avqustun sonunda bəyan edib ki, xarici işlər naziri Marko Rubio gələn həftə BMT Baş Assambleyasının illik iclası ərəfəsində Abbas da daxil olmaqla bəzi Fələstin Muxtariyyəti və Fələstin Azadlıq Təşkilatı rəsmilərinin vizalarını ləğv edib.
Nazirliyin qərarı İsrail ordusunun Qəzzanı döyüş bölgəsi elan etdiyi gün açıqlanıb.
Anadolu Agentliyinin internet saytı AA News Feed System (HAS) vasitəsilə abunəçilərə təqdim olunan xəbərlərin xülasəsini dərc edir. Abunə olmaq üçün bizimlə əlaqə saxlayın.
aia.az
Tərcümə şöbəsi