AZ

"Gənc futbolçularımız möhkəm olmalıdır" - Ayxan Abbasov

style='margin-bottom:10px;'>

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 5-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Üzücü məğlubiyyət oldu. Rəqibin gücü bəlli idi. Öz meydanlarında daha yaxşı oynayırlar. "Zirə" iddialı komandadır. Bu gün uşaqlar yaxşı mübarizə apardılar. Sonda konsentrasiya çatmadı. Bu da yorğunluqdan irəli gəlirdi. Qısa vaxtda iki oyun oynadıq. "Karvan"la matç da çətin keçmişdi. Andrey Tirkoveanunun zədələnməsi işimizi daha da çətinləşdirdi. 

Son dəqiqələrdə 2 qol buraxdıq. Rəqibin təzyiqi məlum idi. Daha inamlı oynasaydıq və ya ondan əvvəlki epizodu qola çevirə bilsəydik, bəlkə də qalib gələ bilərdik. Amma heç nə bitməyib. Mübarizə davam edir. Belə oyunlar çox olacaq. Ən çox da gənc futbolçularımız möhkəm olmalıdır. Növbəti matça hazırlaşacağıq".

Seçilən
15
10
teleqraf.com

10Mənbələr