Almaniya yığmasının sabiq baş məşqçisi Yoahim Löv “Bavariya”da çıxış edən Almaniya millisinin 39 yaşlı sabiq qapıçısı Manuel Noyer haqda danışıb.
İdman.biz xəbər verir ki, Löv Noyeri bütün zamanların ən yaxşı qapıçısı hesab edir: "O, oyunu tamamilə yenidən anladı və ona tamamilə yeni görünüş verdi. Noyer artıq 15 ildir ki, tam elitada oynayır. Bu gün onu "Bavariya"da izləyəndə, özünə inamı və xarizması ilə həm ümumi keyfiyyətləri, həm də şəxsiyyəti ilə hər kəsdən fərqlənir".
Noyer 2009-2024-cü illərdə Almaniya millisinin şərəfini qoruyub. Onun 124 oyun keçirib, 118 qol buraxıb və 51 oyunda qapısını "təmiz" saxlayıb. Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir. Münhen klubuna qoşulmazdan əvvəl o, yetirməsi olduğu "Şalke 04"ün qapısını qoruyub.
İdman.biz