AZ

Dünyanın ən qədim mumiyaları tapılıb

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Arxeoloqlar müəyyən ediblər ki, Cənub-Şərqi Asiyada aşkar edilən və tüstü vasitəsilə konservasiya izləri olan insan mumiyaları elmə məlum olan ən qədim mumiyalardır.

BAKU.WS-in məlumatına görə, tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.

Asiyada tapılan "hisə verilmiş" mumiyaların yaşı 12 min ilə çatır. Bu göstərici, əvvəllər dünyanın ən qədim mumiyaları hesab edilən Cənubi Amerikanın Çinçorro mumiyalarından 5 min il daha qədimdir.

Yanıq və kəsici alət izləri daşıyan qalıqlar Çin, Vyetnam və regionun digər ölkələrinin ərazilərində aşkarlanıb. Mumiyalar bükülü vəziyyətdə tapılıb. Ətraflı analizdən sonra məlum olub ki, ovçu-toplayıcı icmalar cəsədləri odda hisə verməklə mumiyalaşdırıblar.

Sapporo Tibb Universitetinin tədqiqat müəllifi Hirofumi Matsumura qeyd edib ki, bu ritual insanların əcdadları ilə fiziki və mənəvi əlaqəni qoruyub saxlamasına imkan verirdi. Ehtimal olunur ki, qədim insanlar ruhların gecələr saxlanılmış cəsədlərə qayıda biləcəyinə inanırdılar.

Avstraliya Milli Universitetinin aparıcı elmi işçisi Syao-çun Hun isə bu kəşfi böyük sürpriz adlandırıb: "Sümüklər çox qədimdir və bu ənənənin bu qədər qədim olmasını kəşf etmək heyrətamizdir", – deyə o bildirib.

Tüstü ilə mumiyalaşdırma ənənəsi bu günə qədər də mövcuddur. Xüsusilə Avstraliya və Papua-Yeni Qvineya yerli icmaları bu praktikaya davam edirlər.

Bundan əvvəl isə alimlər Ekvador sahillərində min ildən çox əvvəl qurban edilmiş hamilə qadının qalıqlarını aşkarlamışdılar. Onu çoxsaylı muncuq bəzəkləri və sinə boşluğunda tanrılara təqdim olunmuş yandırılmış hədiyyə ilə birlikdə dəfn etmişdilər.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
baku.ws

2Mənbələr