"Report"un yerli bürosu xəbər verir ki, bu gün axşam saatlarından başlayan külək nəticəsində Naxçıvan şəhərində və Muxtar Respublikanın bir sıra rayonlarında iri gövdəli ağaclar aşaraq maşınların üzərinə düşüb.
Bəzi məhəllələrə elektrik enerjisinin verilişində fasilələr yaranıb.