Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib. "VAZ 2107" markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Zeynəb Elçin qızı Qarayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"