AZ

“Bu yolda bir neçə dəfə belə hadisə olub...” - Uşaqların əmisi danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Lənkəran-Lerik yolunun Şovu kəndindən keçən hissəsində dərsə gedən məktəbli bacı-qardaşı avtomobil vurub və uşaqlar aldıqları xəsarət nəticəsində vəfat ediblər.

Gundem.az-ın İTV-yə istinadən məlumatına görə, hadisə ilə bağlı uşaqların əmisi Hümmət Əliyev danışıb.

“Səhər-səhər iki uşaq, bacı-qardaş məktəbə gedəndə bu hadisə olub. Məktəblə evin arası 300 metr məsafədir. Evdən 200 metr aralıda bu hadisə olub. Qaz turbasının yanında baş verib, vurub turbanı da dağıdıb. Mən evdə idim. Gördüm qaz kəsilib, bildim ki, nəsə hadisə olub. Xəbər çatdı mənə və özümü xəstəxanaya çatdırdım.

Bizim bu yolda bu cür hadisələr bir neçə dəfə olub. Dövlət qurumlarından xahiş edirəm ki, bu yolla bağlı bir tədbir görülsün. Bəzi yerlərdə yol hərəkəti nişanlarını qoysunlar”.

Qeyd edək ki, hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən bacı-qardaşı - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki şagird ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən “Mercedes” markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

 

Seçilən
3
5
gundem.az

6Mənbələr