AZ

Dördqat dünya çempionu Eldəniz Əzizli karyerasını bitirmək niyyətindədir

"Çox istəyərdim ki, 5-ci dəfə dünya çempionu olum. Amma bəzən istədiklərimiz olmur".

İdman.biz Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, bu sözləri Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanmış dördqat dünya çempionu, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

"Ona görə də naşükürlük eləmirəm. Əsas odur ki, ölkəmi fəxri kürsüdə təmsil edəcəyəm. Bu da müəyyən uğurdur. Amma məndən gözləntilər həmişə çox olduğu üçün özümü hər vaxt qızıla hazırlamışam. Təssüf ki, olmadı", - Əzizli bildirib.

Güləşçi karyerasını bitirib-bitirməyəcəyi barədə də danışıb: "Bu barədə düşünəcəyəm. Amma bizim nəsil güləşçilərdən mən artıq tək qalmışam, qalanları karyeralarını başa vurublar. Düçünürəm ki, onların sılrasına qoşulmaq vaxtıdır".

İdman.biz

Seçilən
23
1
idman.biz

2Mənbələr