Bu gün paytaxt Aşqabadın “Məsləhət Köşqi”ndə türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistan Xalq Şurasının növbəti iclası keçirilir.
Hafta.az-ın yazdığına görə, Türkmənistan Xalq Şurasının ölkənin müqəddəs müstəqilliyinin 34-cü ildönümü ərəfəsində keçirilən iclasının gündəliyinə xalqın xoşbəxt və firavan həyatının təmin edilməsi, eləcə də ölkənin gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər daxildir.
Ölkənin ali orqanının iclasında Nazirlər Kabineti sədrinin müavinləri, Milli Məclisin deputatları, nazirlik və idarələrin, siyasi partiya və ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin rəhbərləri, rayon və şəhər hakimləri, şəhər xalq şuralarının üzvləri, ağsaqqallar, ictimaiyyətin digər nümayəndələri iştirak edir.