AZ

Bakı Qran-prisində ilk sərbəst yürüşün qalibi Lando Norris oldu

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışı “Maklaren” komandasının pilotu Lando Norris lider kimi başa vurub. Onun komanda yoldaşı Oskar Piastri ikinci nəticə göstərib. “Ferrari”nin sürücüsü Şarl Lekler isə üçüncü yeri tutub.

Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş bu gün saat 16:00-da start götürəcək.

Qeyd edək ki, paytaxtda keçirilən mötəbər yarış sentyabrın 21-də başa çatacaq.

Seçilən
18
90deqiqe.az

1Mənbələr