AZ

Stubb: NATO-nun “Şərq gözətçisi” əməliyyatı Rumıniya və Polşada başlayacaq

Stubb: NATO-nun “Şərq gözətçisi” əməliyyatı Rumıniya və Polşada başlayacaq

NATO-nun “Şərq gözətçisi” əməliyyatı alyansın cənub-şərq cinahında – Rumıniya və Polşada, sonra isə zamanla digər ölkələrdə başlayacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb bildirib.

Finlandiya lideri Helsinki Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib: "Şərq gözətçisi" əməliyyatının ilk növbədə cənub-şərq cinahından başlayacağına inanıram. Söhbət Rumıniya və Polşadan gedir. Sonra daha yüksəklərə - Baltikyanı ölkələr, Finlandiya və bütün şimala - Norveçə doğru irəliləyəcəyik".

Dronların Finlandiya hava məkanına mümkün daxil olması barədə danışan Stubb qeyd edib ki, Finlandiya təhlükəyə qarşı durmağa ağıllı şəkildə hazırdır. Finlandiya prezidentinin sözlərinə görə, NATO ölkələrinin Ukraynadan öyrənməli olduğu çox şey var. "Pilotsuz təyyarələrin istifadəsi və əks tədbirlər, həmçinin hansı raketlərdən və harada istifadə olunur. Düşünürəm ki, bir çox Avropa ölkələri, o cümlədən Finlandiya pilotsuz uçuş aparatları ilə bağlı sıx əməkdaşlıq edəcək”, - deyə o əlavə edib.

Seçilən
20
afn.az

1Mənbələr