AZ

“Qarabağ”ın futbolçusu ÇL-də rəmzi komandaya seçildi

UEFA Çempionlar Liqasının  1-ci turunun ən yaxşı futbolçularından ibarət komandasını təqdim edib.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabları məlumat yayıb.

Rəmzi komandaya “Qarabağ”ın 24 yaşlı braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo da seçilib.

Rəmzi komanda

Qapıçı: Xeronimo Rüli (“Olimpik Marsel”)

Müdafiəçilər: Markos Lyorente (“Atletiko” Madrid), Vircil van Deyk (“Liverpul”), Derrik Lyukkassen (“Pafos”), Yussufa Mjöci (“Slaviya” Praqa).

Yarımmüdafiəçilər: Markus Raşford (“Barselona”), Hans Vanaken (“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisku Trinkan (“Sportinq” Lissabon).

Hücumçular: Markus Türam (“İnter”), Hari Keyn (“Bavariya”).

Qeyd edək ki, UEFA-nın rəyinə əsasən, Bikalyo həmçinin “Benfika” - “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu seçilib.

Seçilən
15
6
fanat.az

7Mənbələr