AZ

Bakıda “Formula 2” sərbəst yürüşündə Aleks Dann birinci olub

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş mərhələsi yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışda ən yaxşı nəticəni “Rodin Motorsport” komandasının pilotu Aleks Dann göstərib. “Dams Lukas Oil” komandasından Cek Krouford ikinci, “Hitech TGR”dən Dino Beqanoviç isə üçüncü yeri tutub.

Bu gün həmçinin ikinci dərəcəli pilotların yarışında sıralama turu da təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Seçilən
11
90deqiqe.az

1Mənbələr