AZ

Si Cinpin: Çin "TikTok" üzrə ABŞ-la danışıqları alqışlayır

Si Cinpin: Çin "TikTok" üzrə ABŞ-la danışıqları alqışlayır

Pekin "TikTok" platforması ilə bağlı Çin-ABŞ həllinin bazar qaydalarına və maraqlar balansına əsaslanmasını gözləyir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı deyib.

"Çinin "TikTok"la bağlı mövqeyi aydındır. Çin hökuməti şirkətlərin istəklərinə hörmət edir və onların Çin qanun və qaydalarına uyğun və maraqları tarazlaşdıran həll yolu tapmaq üçün bazar qaydaları əsasında kommersiya danışıqları aparmaq istəyini alqışlayır", - deyə Si Cinpin qeyd edib.

O əlavə edib ki, Vaşinqtonun Çin şirkətlərinin ABŞ-a sərmayə qoyması üçün açıq, ədalətli və ayrı-seçkiliyə yol verməyən biznes mühiti təmin edəcəyinə ümid edir.

Seçilən
27
afn.az

1Mənbələr