AZ

Tramp-İlham Əliyev münasibətləri erməni lobbisini MƏĞLUB ETDİ

ABŞ-dəki erməni diasporu və lobbisi Tramp adminstrasiyasının Azərbaycanla münasibətlərini pozmağa çalışır.

Xüsusilə də avqust ayının 8-də ABŞ Prezidentinin iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması radikal mövqeyə malik erməni diasporunu və bu dairələrdən maliyyələşən konqresmenləri ciddi narahat etməyə başlayıb.

Son günlər Amerika Erməni Milli Komitəsinin və Demokratlar Partiyasının ABŞ Nümayəndələr Palatasındakı təmsilçiləri sülh prosesini əngəlləmək üçün bütün vasitələrdən istifadə etməyə başlayıb.

Bu məqsədlə Konqresin aşağı palatasının Xarici İşlər Komitəsinə anti-Azərbaycan xarakterli bir neçə layihənin təqdim olunması ilk növbədə Tramp adminstrasiyasının təşəbbüsü ilə sülh müqaviləsinin imzalanmasına və bölgədə kommunikasiyaların açılmasına mane olmaq niyyəti güdür. 

Nümayəndələr Palatasının Erməni Milli Komitəsi “Erməni əsirlərin azad edilməsi və “Artsax” sakinlərinin öz vətənlərinə qaytarılması” adı altında  düzəlişləri qəbul edib. Düzəlişlər Dövlət Departamentinin 2026-cı il üçün  maliyyələşdirmə aktına hazırda Bakıda məhkəməsi gedən hərbi cinayətkarların azadlığa buraxılmasını təmin etmək, ermənilırin olmayan dini - mədəni irsini qorumaq və Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtmaq hüququnu dəstəkləmək öhdəliyi qoyur.

Yəni ABŞ Erməni Milli Komitəsi Azərbaycana maliyyə ayırmaları zamanı şərtlərin nəzərə alınmasını təklif edir. Lakin həmin sənəddə hərbi cinayətkarlar “hərbi əsirlər” adılandırılır.

Bundan başqa, Azərbaycandakı erməni dini və mədəni irsinin guya  dağıdıldığına dair rəy yaradılır, Qarabağdan ermənilərin guya könüllü deyil, zorla köçürüldüyü qeyd edilir. 

Göründüyü kimi, burada əsas məqsədlərdən biri ABŞ Prezidenti Donlad Trampın Azərbaycana isti münasibəti pozmaqda, çünki bu, erməni diasporunu narazı salıb.

Donald Trampın Prezident İlham Əliyevlə xüsusi münasibəti, vaxtaşırı Azərbaycanla və İlham Əliyevlə bağlı sosial şəbəkələrdə paylaşım etməsi erməni diasporunda siyasi şok effekti yaradıb.

Çünki erməni diasporu uzun illər Azərbaycan əleyhinə kampaniya aparmaqla işğal edilmiş ərazilərə olan iddialarını reallaşdıracaqlarına ümid ediblər. Onlara lobbiçilik edən Brend Şerman, Brenda Şaffer, Nensi Pelosi, Adam Şiff, Bob Menendez, Frank Pallon kimi  konresmenlər isə ermənilərin bu maraqlarından çıxış etməklə pul qazanıblar.

Daha dəqiq desək, ianə və seçki kampaniyasını maliyyələşdirmə adı altında konqresmenlərə rüşvət verilib. Bu cinayət əməlləri sonra dələduz və vətənə xəyanət ittihamı ilə həbs edilmiş Bob Menendezin istintaqı prosesində bir daha öz təsdiqini tapıb. İndi erməni lobbiçiləri öz gəlir mənbələrini itirməkdən narahatlıq keçirir.

Tramp adminstrasiyasının Azərbaycana münasibətdə obyektiv mövqe tutması diasporu və ermənipərəst konqres üzvlərini qane etmir. Donald Trampın erməni diasporunun təsirinə düşməyən praqmatik siyasətçi olması, eyni zamanda Azərbaycan Prezidenti ilə dostluğu ədalətli sülhün əldə edilməsində mühüm rol oynayıb.  

Ona görə də Amerika Erməni Milli Komitəsi Prezident Trampa qarşı siyasi hücumlar etməyə başlayıb. Ermənilər ABŞ Prezidentinin səlahiyyətlərini məhdudlaşdırmağa səy göstərirlər.

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə Azərbaycan əleyhinə iki düzəliş təqdim olunub. Hər iki layihə açıq şəkildə anti-Azərbaycan xarakterli olub və uzun müddətdir, erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanıb.

Birinci düzəliş ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktına 907 saylı düzəliş"in təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi ki, bu da Azərbaycana ABŞ yardımının göstərilməsini qadağan edir. 

Yəni ermənilər Donald Trampı Azərbaycana qarşı "907-ci düzəliş"in icrasınlı tamamilə dyandırmaq səlahiyyətindən məhrum etməyə çalışıblar. 

Lakin Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.

Hər iki düzəlişin rədd edilməsi ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünə qarşı çıxan erməni lobbisinin Konqresdə daha bir məğlubiyyətini nümayiş etdirir.

ABŞ Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi ABŞ Konqresinin Dövlət Departamentinin hüquqi səlahiyyətlərini və təşkilati strukturunu nəzərdən keçirdiyi, dəqiqləşdirdiyi və uzatdığı illik prosesdir.

Xarici İşlər Komitəsinin qərarı 907-ci düzəlişin tezliklə ABŞ Konqresində ləğv olunacağına dair ümidləri artırır. Bu da əsasən Konqresin hər iki palatasında Respublikaçılar Partiyasının üstünlük təşkil etməsi ilə bağlıdır. 

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr