Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Sitat.info xəbər verir ki, bu barədə Çinin yerli mətbuatı məlumat yayıb.
Danışıqların təfərrüfatı hələlik məlum deyil.
***
Çin sədri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı konstruktiv, praqmatik və müsbət olub.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
İki lider Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmimi və ətraflı fikir mübadiləsi aparıblar.